MN: Azərbaycan Ordusunun Ermənistan istiqamətinə atəş açması yalandır - VİDEO

MN: Azərbaycan Ordusunun Ermənistan istiqamətinə atəş açması yalandır - VİDEO
# 21 noyabr 2022 09:37 (UTC +04:00)

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR