Noyabrın 27-si saat 15:45-dən saat 16:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
MN: Erməni silahlı dəstələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən Ordumuzun mövqelərini atəşə tutub

Hərbi

Qarsda Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olub - VİDEO

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib - YENİLƏNİB

İsrail müdafiə naziri: Azərbaycanla əməkdaşlıq regional sülh və sabitliyə müsbət təsir edəcək
