Nazir: Prezident ordu quruculuğunu ən ümdə vəzifələr sırasına daxil edib

Samir Şərifov, maliyyə naziri

© APA | Samir Şərifov, maliyyə naziri

# 11 noyabr 2022 11:14 (UTC +04:00)

“Ali Baş Komandan, Prezident İlham Əliyev ordu quruculuğunun daha da müasirləşdirilməsini ən ümdə vəzifələr sırasına daxil edib”.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, cari illə müqayisədə növbəti ilin büdcəsindən bu istiqamətə 6,6 % çox vəsait ayrılması nəzərdə tutulur: “2023-cü ildə Azərbaycan hökuməti 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması üçün 35 milyon manat vəsait ayıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR