Sarıbaba yüksəkliyində Ermənistanda istehsal edilmiş 350 mina zərərsizləşdirilib - FOTO - VİDEO

Sarıbaba yüksəkliyində Ermənistanda istehsal edilmiş 350 mina zərərsizləşdirilib - FOTO  - VİDEO
# 22 noyabr 2022 16:29 (UTC +04:00)

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Xəbərə görə, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR