Səudiyyə Ərəbistanı Sərhəd Mühafizəsinin rəhbəri DSX-nın döyüş fəaliyyəti ilə tanış olub - FOTO

Səudiyyə Ərəbistanı Sərhəd Mühafizəsinin rəhbəri DSX-nın döyüş fəaliyyəti ilə tanış olub - FOTO
# 25 yanvar 2023 10:00 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının xidməti-döyüş fəaliyyəti, maddi-texniki bazaları ilə yaxından tanış ediliblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, tərəflər arasında sərhəd təhlükəsizliyinin müvafiq istiqamətləri üzrə praktiki səviyyədə əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması razılaşdırılıb.

Səfər müddətində qonaqlar Bakı şəhərində yerləşən tarixi-mədəni və memarlıq abidələrini ziyarət ediblər.

Yanvarın 24-də Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsinin nümayəndə heyətinin səfəri başa çatıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR