Türkiyə ən çox silah ixrac edən ölkələr arasında 12-ci pillədə qərarlaşıb

Türkiyə ən çox silah ixrac edən ölkələr arasında 12-ci pillədə qərarlaşıb
# 13 mart 2023 13:23 (UTC +04:00)

Türkiyə 2018-2022-ci illərdə dünyanın ən çox silah ixrac edən ölkələri arasında 12-ci pillədə qərarlaşıb.

APA xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilib.

Qeyd edilib ki, hesabat dövründə Türkiyənin qlobal silah ixracındakı payı 1,1 faiz təşkil edib.

2018-2022-ci ildə Türkiyənin ən çox silah ixrac etdiyi ölkə Qətər olub. Bu dövrdə Türkiyənin ümumi silah ixracının 20%-i Qətərin payına düşüb. İkinci və üçüncü pillələrdə isə BƏƏ (17%) və Oman (13%) qərarlaşıb. 2018-2022-ci illərdə Türkiyə qlobal silah ixracında Kanada, İsveç, Avstraliya, Polşa, Belarus, Norveç, Cənubi Afrika Respublikası, kimi ölkələri geridə qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR