Türkiyə və Britaniya müdafiə nazirləri görüşüb

Türkiyə və Britaniya müdafiə nazirləri görüşüb
# 06 oktyabr 2022 16:03 (UTC +04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Britaniyanın müdafiə naziri Ben Uollesin rəsmi dəvəti ilə Londona gedib.

APA xəbər verir ki, bu barədə nazirliyin rəsmi “Twitter” səhifəsində paylaşım edilib.

Bildirilib ki, Hulusi Akarı qarşılamaq üçün fəxri qaravul dəstəsi düzülüb.

“Qarşılanma mərasiminin ardınca Hulusi Akar və ingiltərəli həmkarı təkbətək görüşüb, daha sonra heyətlərarası geniştərkibli görüş keçirilib. Görüşdə ikili və regional məsələlər müzakirə edilib, müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə diqqət çəkilib”, - deyə qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR