Türkiyənin müdafiə naziri: “Ermənistan artıq təxribatlardan əl çəkməlidir”

Hulusi Akar

© APA | Hulusi Akar

# 04 oktyabr 2022 16:42 (UTC +04:00)

“Ermənistan artıq təxribatlardan əl çəkməlidir”.

APA xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, Ermənistan Azərbaycanla sülh danışıqlarına fokuslanmalı, uzadılan barış əlini tutmalıdır.

Hulusi Akar vurğulayıb ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR