Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib
# 13 sentyabr 2022 21:29 (UTC +04:00)

Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı və səbr diləyirik.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinim bəyanatında deyilir.

“Ermənistan illərdir davam edən təxribatçı və aqressiv mövqeyindən tamamilə əl çəkməli və ona uzadılan sülh əlini fürsət kimi tutmalıdır. Türkiyə olaraq hər zaman qardaşlarımızın yanındayıq və hər zaman sizinlə olacağıq!”,- deyə Nazirlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR