Göytəpədə sərhədçilərin andiçmə mərasimi keçirilib

Göytəpədə sərhədçilərin andiçmə mərasimi keçirilib
# 24 fevral 2013 18:10 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Fevralın 24-də Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, mərasim hərbi hissənin komnadiri, polkovnik Mehman Yusifovun DSX-nin şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-mayor Məhəmməd Abasquliyevə raportu ilə başlayıb.

M. Abasqululiyev şəxsi heyəti salamladıqdan sonra gənc sərhədçilər Vətənə sədaqət andı içiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR