Türkiyənin Jandarma baş komandanı Azərbaycana gəlir - EKSKLÜZİV

Türkiyənin Jandarma baş komandanı Azərbaycana gəlir   - <span style="color: red;">EKSKLÜZİV
# 08 yanvar 2013 09:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin Jandarma baş komandanı, ordu generalı Bəkir Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti yanvarın sonlarında Azərbaycana səfər edəcək. Bu barədə APA-ya eksklüziv olaraq Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib.

Hazırda səfərin dəqiq tarixi müəyyənləşdirilir. Səfərin əsas məqsədi Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının Bakıda keçiriləcək təsis toplantısında iştirak etməkdir.

Bundan başqa, general B. Kalyoncu səfər çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında olacaq.

Türkiyə nümayəndə heyətinin Azərbaycanda bir sıra görüşləri də planlaşdırılır.

Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının Bakıda keçiriləcək təsis toplantısında Qazaxıstan Daxili Qoşunlarının komandanı, general-mayor Ruslan Jaksılıkov, Qırğızıstan Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayev və Monqolustandan müvafiq qurumunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətlərinin iştirakı gözlənilir. Toplantıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının yaradılması elan ediləcək, həmçinin rəhbər strukturlar formalaşdırılacaq.

Təşkilatın mərkəzi qərargahının Türkiyənin paytaxtı Ankara şəhərində yerləşməsi nəzərdə tutulur.

Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının yaradılması barədə niyyət protokolu 2011-ci ilin iyun ayında imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR