Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Zakir Həsənov Türkiyəyə başsağlığı verib
# 14 noyabr 2022 07:45 (UTC +04:00)

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, başsağlığında deyilir: "İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.

Allah rəhmət eləsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR