Zəfər Günü münasibəti ilə hərbi orkestrin yürüşü olacaq

Zəfər Günü münasibəti ilə hərbi orkestrin yürüşü olacaq
# 06 noyabr 2022 14:53 (UTC +04:00)

8 noyabr Zəfər Günü münasibətilə səhər saat 8:00-dan 13:00-dək paytaxtın küçə və prospektlərində marşrut üzrə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü nəzərdə tutulub.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub.

Birinci marşrut: Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami kino mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı istiqamətində;

İkinci marşrut: Şəhidlər Xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinin qarşısı.

Üçüncü marşrut: Hüseyn Cavid parkı, Hüseyn Cavid Prospekti, Parlament Prospekti, Şəhidlər Xiyabanı.

DYP rəsmisi bildirib ki, qeyd olunan saatlarda marşrutlar üzrə yollarda nəqliyyatın hərəkəti dayandırılacaq:

"Sürücülərdən və hərəkət iştirakçılarından xahiş edirik ki, yürüşün keçirildiyi saatlarda lazımı şəraiti yaratsınlar, tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı polisə dəstək göstərsinlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR