Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə yüksəlib

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə yüksəlib
# 31 avqust 2020 12:21 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiya tankçıları ilə yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər.
Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR