Azərbaycanla Misir arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Misir arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
  • Clock-gray 12:47
  • calendar-gray 11 Mart 2020

Martın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, Azərbaycan ilə Misir arasında mövcud dostluq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun daim inkişaf etdiyini qeyd edən nazir hərbi sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki sabitliyə mənfi təsir göstərir.

Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrinin daha da genişləndirilməsinə önəm verdiyini vurğulayıb.

Görüşdə tərəflər hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date