Ermənistan Silahlı Qüvvələri Tovuzun Ağdam kəndini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Tovuzun Ağdam kəndini atəşə tutub
# 03 sentyabr 2020 19:15 (UTC +04:00)

Tovuzun Ağdam kəndi Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.

APA-nın məlumatına görə, Ermənistan Silahlı Qüvvələri bu gün kəndi iriçaplı silahlardan atəşə tutub.

Atəş nəticəsində Ağdam kəndinin sakini Qara Yusifovun evinə və həyətyanı sahəsinə ziyan dəyib.

Sakinlər arasında xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR