Minaatan batareyalarının döyüş atışlı təlim məşqləri davam edir - VİDEO

Minaatan batareyalarının döyüş atışlı təlim məşqləri davam edir - VİDEO
  • Clock-gray 17:14
  • calendar-gray 19 Fevral 2021

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.

Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə  tapşırıqları icra edir.

Təlim məşqləri davam edir.

apa-logo-mini

Digər xəbərlər