Müdafiə Nazirliyi: "Erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir"

Müdafiə Nazirliyi: "Erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir"
  • Clock-gray 19:24
  • calendar-gray 24 Oktyabr 2020

“Ötən müddət ərzində Cəbrayıl, Füzuli, Ağdərə, Hadrut, Qubadlı istiqamətlərində döyüşlər davam edib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq əks-hücum addımlarını davam etdirir: “Hazırda bütün cəbhəboyu döyüşlər davam edir. Azərbaycan əsgərlərinə qarşı döyüşən erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir. Qələbə bizimlədir!”.

Firuzə Vahid

Digər xəbərlər