Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçiriləcək

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçiriləcək
# 15 may 2020 12:52 (UTC +04:00)

Naxçıvan Qarnizonu Qoşunlarında mayın 18-dən 22-dək bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə ərazidə komanda-qərargah təlimi keçiriləcək.

APA-nın məlumatına görə, xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb ediləcəyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə tədbirlər yerinə yetiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR