Ordudan tərxis olunan hərbi qulluqçuların müalicəsi məsələsinə aydınlıq gətirilib

Ordudan tərxis olunan hərbi qulluqçuların müalicəsi məsələsinə aydınlıq gətirilib
  • Clock-gray 15:45
  • calendar-gray 03 Aprel 2021

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev ordudan tərxis olunan hərbi qulluqçuların müalicəsi məsələsinə aydınlıq gətirib. 

APA-nın məlumatına görə, F. Nəbiyev deyib ki, Səhiyyə Nazirliyinin, TƏBİB-in tabeliyində tibb müəssisələri var və ordan tərxis olunmuş yaralılar, qazilər yaşadıqları yer üzrə həmin tibb müəssisələrinə müraciət edə bilərlər. 

F. Nəbiyev bildirib ki, o da bəzən bu məsələ ilə bağlı TƏBİB-ə, Səhiyyə Nazirliyinə müraciət edir: “Həmin yaralı və qazilərin TƏBİB və Səhiyyə Nazirliyinin tibb müəssisələrində müalicəsi ilə bağlı hər hansı problem yoxdur. Hazırda ölkədəki bütün xəstəxanalar tibbi sığorta sistemi çərçivəsində fəaliyyət göstərir. Eyni zamanda qazilərimizə ölkəmizdə xüsusi diqqət var və onların müalicəsində hər hansı problem yoxdur. Belə yaralı və qazilərin dərmanla təchizatında da hər hansı problem yoxdur. Tərxis olunmuş həmin hərbi qulluqçuların bütün tibbi təminatı müraciət edilən xəstəxanalar tərəfindən təmin olunur”.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər