Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO

Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO
# 15 mart 2021 11:33 (UTC +04:00)

Əməliyyat-taktiki təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR