Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
APA-nın məlumatına görə, başsağlığında deyilir: “Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücum nəticəsində, qardaş Türkiyə Silahlı Qüvvələrinin onlarla hərbi qulluqçusunun şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminliyimi ifadə edir və uğur arzulayıram.
Allah rəhmət eləsin”.
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
28 fevral 2020 12:31 (UTC +04:00)
Hərbi
MN sözçüsü: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regionda sülhə böyük töhfə verdi
12:20
26 aprel 2024
Rusiyalı general: Ağdamdakı Mərkəz Rusiya, Türkiyə və Azərbaycan hərbçilərinin birgə fəaliyyətinin uğurlu nümunəsidir - VİDEO
12:12
26 aprel 2024
Türkiyəli general: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsin qorunması prinsipini problemsiz davam etdirib - VİDEO
11:48
26 aprel 2024
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb - VİDEO - FOTO - YENİLƏNİB
11:46
26 aprel 2024