Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib
# 03 iyul 2019 10:31 (UTC +04:00)

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığında deyilir: “Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.
Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR