Azərbaycan Türkmənistanı “Dəniz kuboku-2019” yarışlarına dəvət edib

Azərbaycan Türkmənistanı “Dəniz kuboku-2019” yarışlarına dəvət edib
# 05 avqust 2019 17:27 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2019” beynəlxalq yarışlarına Türkmənistanı da dəvət edib.

APA-nın məlumatına görə, bunu bu gün “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2019” beynəlxalq yarışları ilə bağlı təşkil edilən mətbuat konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov bildirib.

S. Bəkirov deyib ki, Azərbaycan indiyə qədər keçirilən bu yarışlarla bağlı da Türkmənistana dəvətnamə göndərib: "Hər bir ölkə özü yarışda iştirak barədə qərar verə bilər. Türkmənistanın bu yarışda hansı səbəbdən iştirak etməməsi barədə məlumatsızıq".

Qeyd edək ki, Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2019” beynəlxalq yarışlarında Rusiya, Azərbaycan, Qazaxıstan və İran nümayəndə heyətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR