Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin komandanları arasında görüş olub - FOTO

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin komandanları arasında görüş olub - FOTO
# 03 oktyabr 2019 00:23 (UTC +04:00)

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları Admiral Zaur Hümmətov və Hüseyn Xanzadi arasında görüş keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə iki ölkənin hərbi əməkdaşlığı və hərbi sahədə potensialdan birgə istifadənin zəruriliyi vurğulanıb.

Azərbaycan HDQ komandanı iki ölkə arasında əlaqələrin yaxşı səviyyədə olduğunu bildirib və qeyd edib ki, qonşu ölkələr arasında əməkdaşlıq dəniz piratlarının fəaliyyətinin qarşısını alacaq: "Bizim vəzifəmiz Xəzər dənizində sabitliyi qorumaqdır".

Zaur Hümmətov qeyd edib k, Azərbaycan HDQ İran İslam Respublikasının HDQ tərəfindən təşkil olunacaq dərin sularda dalğıcların yarışmasında iştirak etməyə hazırdır. “Eləcə də, biz İran və Azərbaycan hərbi dənizçilərinin iştirakı ilə müştərək məşq keçirilməsinə də hazırıq".

H.Xanzadi bildirib ki, iki ölkə arasında tarixi bağlar var və müxtəlif sahələrdə, xüsusilə də mədəni sahədə iki ölkənin xalqları bir-birinə bağlıdır. Müştərək mədəniyyət, dil və sivilizasiya İran və Azərbaycanı qardaş və dost ölkə edir. İki ölkənin həm quru, həm də dəniz sərhədləri var.

O deyib ki, hər iki ölənin hərbi gəmilərinin qarşılıqlı səfərləri və hərbi məşqlərin keçirilməsi əlaqələri daha da möhkəmləndirərdi: “Xəzər dənizi bizim üçün sülh və dostluq dənizidir və əminliklə deyə bilərik ki, bu dənizdə bizim yaxşı qonşularımız olduğu üçün heç bir narahatlığımız yoxdur”.

Dənizdə və beynəlxalq sularda sabitliyin təmini üçün əməkdaşlığın zəruriliyini vurğulayan H. Xanzadi deyib ki, Azərbaycanla hərbi dəniz sahəsinə əməkdaşlıq etməyə hazırdırlar: "Xəzər dənizində əməkdaşlıq edə bilərik, əlaqələrimizi hərtərəfli inkişaf etdirmək üçün hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR