Hərbi prokuror: “Silahlı Qüvvələrdə törədilən cinayətlərin azalması tendensiyası davam edib”

Hərbi prokuror: “Silahlı Qüvvələrdə törədilən cinayətlərin azalması tendensiyası davam edib”
  • Clock-gray 14:28
  • calendar-gray 01 Oktyabr 2019

“Silahlı Qüvvələrdə törədilən cinayətlərin və digər qanun pozuntularının ildən-ilə azalması tendensiyası davam edib”.

Hərbi Prokurorluqdan APA-ya verilən məlumata görə, bunu Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 101 illiyinə həsr olunmuş mərasimdə Hərbi prokuror Xanlar Vəliyev deyib.

O bildirib ki, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub.

“Hərbi prokurorluq orqanlarının fəaliyyəti Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, o cümlədən hərbi idarəçilik strukturlarında hərbi qulluqçuların və mülki vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vuracaq əməllərin qarşısının alınmasına, işin səmərəliliyinin artırılmasına, eyni zamanda ordu quruculuğuna mənfi təsir edə biləcək nöqsanların və qanun pozuntularının aradan qaldırılmasına yönəldilib”, - deyə X. Vəliyev vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date