Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
# 21 sentyabr 2019 17:10 (UTC +04:00)

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR