Bakıda Rusiya Baş Qərargah rəisi ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanının görüşü olacaq

Bakıda Rusiya Baş Qərargah rəisi ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanının görüşü olacaq
# 10 iyul 2019 12:28 (UTC +04:00)

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycana işgüzara səfərə gəlib.

APA-nın Rusiya bürosunun xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, V. Gerasimov Bakıda ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüşəcək.

V. Gerasimovun Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə görüşləri planlaşdırılır.

Qeyd edək ki, iyulun 3-də V. Gerasimovla T. Uolters arasında telefon danışığı olub. Onlar Avropadakı hərbi-siyasi vəziyyət, Rusiya-NATO münasibətlərinin vəziyyəti barədə fikir mübadiləsi aparıblar.

T. Uolters NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı vəzifəsində bu ilin mayında təyin olunub. O, bu vəzifədə general Kertis Skaparrottini əvəz edib.

Xatırladaq ki, ötən ilin dekabrında V. Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə Bakıda görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR