Zakir Həsənov: "Təlim zamanı vətəndaşa dəymiş ziyan Azərbaycan Ordusunun hesabına ödəniləcək"

Zakir Həsənov: "Təlim zamanı vətəndaşa dəymiş ziyan Azərbaycan Ordusunun hesabına ödəniləcək"
# 18 iyun 2019 11:09 (UTC +04:00)

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Gəncə yaxınlığında yerləşən Seyfəli poliqonundan atılan mərminin vətəndaşın evinə düşməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərin sualını cavablandıran nazir qeyd edib ki, burada söhbət Gəncə yaxınlığında yerləşən Seyfəli poliqonundan gedir: "Tanklar təlim mərmisindən istifadə ediblər. Maketlər dağlar tərəfdə olub, mərmi qayaya dəyib və sapma baş verib. Hadisədən xəbər tutan kimi göstəriş verdim və təlim dayandırıldı. Seyfəli təlim poliqonunda tanklardan istifadə yenidən nəzərdən keçiriləcək və vətəndaşa dəymiş ziyan Azərbaycan Ordusunun hesabına ödəniləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR