“Şimal-Cənub” nəqliyyat dəhlizi yük daşımalarının həcminin artırılması müzakirə olunub

“Şimal-Cənub” nəqliyyat dəhlizi yük daşımalarının həcminin artırılması müzakirə olunub
# 14 avqust 2019 09:54 (UTC +04:00)

Rusiya Federasiyasının Nəqliyyat naziri Yevgeni Ditrixin dəvəti ilə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Soçi şəhərində səfərdədir. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti İran və Rusiyanın nəqliyyat nazirlərinin üçtərəfli görüşündə iştirak edib.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Xəzər dənizinin qərb sahillərindən keçən marşrutu ilə beynəlxalq yük daşımalarının həcminin artırılması, daşımaların asanlaşdırılması və bu sahədə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi istiqamətində görüləcək birgə tədbirlər müzakirələr olunub.

Səfər çərçivəsində nazir R. Quluzadə ilə Rusiya Federasiyasının Nəqliyyat naziri Y. Ditrix, o cümlədən İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında keçirilmiş ikitərəfli görüşlərdə nəqliyyat və tranzit daşımalar sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR