Azərbaycan filmi Serbiyada keçirilən beynəlxalq kino festivalında mükafat qazanıb

Azərbaycan filmi Serbiyada keçirilən beynəlxalq kino festivalında mükafat qazanıb
# 18 avqust 2009 07:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Koramal” filmi Serbiyada keçirilən VIII “Dokufest” film festivalından mükafatla qayıdıb.
APA-nın məlumatına görə, sözügedən film 2009-cu ildə “Bu meydan, bu ekran” müsabiqəsinin qalibi olan film “Beynəlxalq qısametrajlı filmlər” bölməsində 30 film sırasında fərqlənərək festivalın “Special Mention” xüsusi mükafatına layiq görülüb. Balkanların qədim şəhəri Prizrendə keçirilən festivala dünyanın 30-dan çox ölkəsi qatılıb. “EXA prodakşn”ın istehsalı olan bu filmin ssenari və quruluşçu rejissorları Xəyyam Abdullayev və Elməddin Alıyev, operatoru Rövşən Quliyev, rəssamı Nərminə Novruzovadır. Filmdə İlqar Cahangirov, İdris Rüstəmov, Kazım Abdullayev çəkiliblər. Bu, Xəyyam Abdullayev və Elməddin Alıyevın prodüseri olduğu “Koramal”ın beynəlxalq kino aləmində qazandığı növbəti uğurudur. Film bu il Latviyanın paytaxtı Riqa şəhərində keçirilən 14-cü “ANNAS” beynəlxalq film festivalında “Special Mention” mükafatına layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR