Heydər Əliyev Sarayında “Telli sazın meydanı” aşıq konserti anşlaqla baş tutub - FOTOSESSİYA

Heydər Əliyev Sarayında “Telli sazın meydanı” aşıq konserti anşlaqla baş tutub - <font color=red>FOTOSESSİYA</font>
# 04 mart 2010 10:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Martın 3-də Heydər Əliyev Sarayında “Telli sazın meydanı” adı altında Azərbaycan aşıqlarının konserti keçirilib. APA-nın məlumatına görə, konsertdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub aşıq sənətinə diqqətdən razılığını dilə gətirib və bütün aşıqlar adından ölkə başçısına təşəkkürünü bildirib: “Ölkə başçısı və ölkənin birinci xanımının səyi nəticəsində aşıq sənəti bu gün çox yüksəlib. Ən əsası məhz bu səylərin nəticəsi olaraq aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı daxil edildi. Bununla da bütün dünyaya aşıq sənətinin məhz bizə aid olduğunu sübut etdik. Bu gün aşıq sənəti ilə yanaşı aşıqlara da hörmət artıb. Saza qayıdış və aşıq sənətinin qarşısında yaşıl işıq var. Aşıq sənəti hər birimizin köküdür. Bu kökləri unutmaq günah olar”. Z. Yaqub deyib ki, bundan sonra da aşıq sənətinin gənc nəslə çatdırılması üçün lazımi layihələr və konsertlər təşkil olunacaq.

Konsert Azərbaycan Aşıqlar Birliyi və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə keçirilib. Üç saatlıq konsert proqramında Azərbaycanın bütün regionlarından aşıqlar iştirak ediblər. Aşıq Tural Bağırov, aşıq İlham Aslanbəyli, aşıq Şirin Şirinzadə, aşıq Solmaz Kosayeva, aşıq Könül Möhlətqızı, aşıq Yaşar Gülümcanov, aşıq Hacı Bayramov, aşıq Səyyad Pənahov, aşıq Fətulla Əliyev, aşıq Həvəskar Qurbanov, aşıq Səlim Abdullayev, aşıq Telli Borçalı, aşıq Mehdi Məsimov, aşıq Ramin Qarayev, aşıq İsrail Həsənov, aşıq Mayis Gəncəli, aşıq Avdı Musayev, aşıq Rasim Qayıbov, aşıq Əhliman Allahverdiyev, aşıq Qələndər Zeynalov, aşıq Şöhrət Kərimov, aşıq Ulduz Quliyeva, aşıq Ədalət Dəlidağlı, aşıq Firudin Kərimov, aşıq Abbas Musaxanoğlu, aşıq Ağamurad İsrafilov, aşıq Əli Quliyev, aşıq İlqar Həsənov, aşıq Samirə Əliyeva, aşıq Eldar Həsənoğlu, aşıq Zülfiyyə İbadova, aşıq Elçin Musayev, aşıq Azər Xanlaroğlu, aşıq Rakif İsmayılov, aşıq Məhəmməd Əsgərov, aşıq Gülarə Azaflı, aşıq Sarvan Əliyev, aşıq Sovqat İsmayılov, aşıq Elman Mehdiyev, balabançılar Sərdar Məmmədov və İbadət Allahverdiyev çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Ötən dəfə olduğu kimi, dünənki konsertdə anşlaqla baş tutub. Aşıqların hər biri onlara göstərilən qayğıdan və saza verilən dəyərdən məmnunluqlarını dilə gətiriblər.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR