20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi keçiriləcək

20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi keçiriləcək
# 18 yanvar 2021 14:03 (UTC +04:00)

Yanvarın 20-i, saat 18:00-da 20 Yanvar faciəsinə həsr olunmuş “Şanlı Tarix” adlı virtual sərgi keçiriləcək.

APA-nın məlumatına görə, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə təşkil edilir.

Virtual sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus Faiq Əhmədov, Əyyub Hüseynov, Rafael Muradov, Nazim Rəhmanov, Vaqif Hüseynovun 20 Yanvar faciəsinə həsr olunmuş əsərləri sərgilənəcək.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR