Akademik Musiqili Teatrında “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasının məşqlərinə başlanılıb

Akademik Musiqili Teatrında “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasının məşqlərinə başlanılıb
# 11 mart 2020 17:08 (UTC +04:00)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasının məşqlərinə başlanılıb.

Teatrdan APA-ya verilən məlumata görə, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan balet-tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyevdir.

Quruluşçu rəssamı Vüsal Rəhim, musiqi rəhbəri Atabəy İsmayılov, səs rejissoru Məhəmməd Məhəmmədov, rejissor assistenti Sevinc Məmmədova olan balet-tamaşada teatrın solistləri – Əmrah Dadaşov (Dədə Qorqud), Mehriban Zaliyeva (Burla Xatun), İbrahim Əlizadə (Şöklü Məlik), balet artistləri – Murad Ağayev (Qazan Xan), Mələkxanım Səfərova (Selcan xatun), Məhəmməd Abdullayev (Beyrək), Nurlan Yusifzədə (Buğac), xor artistləri – Murad Əliyev (Aruz ), Əli Kərimov (Mürüd) və başqaları iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR