"Karmen" anşlaqla nümayiş olunub

"Karmen" anşlaqla nümayiş olunub
  • Clock-gray 16:15
  • calendar-gray 27 Yanvar 2020

Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli fransız bəstəkarı Jorj Bizenin "Karmen" operasının növbəti tamaşası keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, anşlaqla baş tutan tamaşada Karmen partiyasını Xalq artisti Fidan Hacıyeva ifa edib.

Vokalçıların parlaq ifaları, zəngin dekorasiya və kostyumlar, teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin idarə etdiyi orkestrin yüksək professional ifası və nəhayət, operanın möhtəşəm musiqisi tamaşanı daha baxımlı edib.

Baş rolun ifaçısı Fidan Hacıyeva ilə yanaşı tamaşanın digər iştirakçıları - Xalq artistləri Əli Əsgərov (Suniqo), Gülnaz İsmayılova (Fraskita), Əməkdar artistlər Fərid Əliyev (Xoze), İlahə Əfəndiyeva  (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Tural Ağasıyev (Dankayro),  Əliəhməd İbrahimov (Remendado), solist  Nina Makarova (Mersedes) böyük ustalıq nümayiş etdiriblər.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date