Məşhur hind aktyoru Rişi Kapur vəfat edib

   Məşhur hind aktyoru Rişi Kapur vəfat edib
# 30 aprel 2020 10:13 (UTC +04:00)

Hindistanın tanınmış aktyoru Rişi Kapur vəfat edib.

APA-nın xəbərinə görə, NDTV telekanalının məlumatında bildirilir ki, Rişi Kapur 68 yaşında Mumbai şəhərindəki klinikalardan birində xərçəngdən dünyasını dəyişib.

Bollivudun məşhur aktyorlarından olan Rişi Kapur görkəmli aktyor və rejissor Rac Kapurun oğludur.

Rişi Kapura uğuru baş rolda çəkildiyi “Bobbi” filmi (1973) qazandırıb. Filmin rejissoru atası Rac Kapur olub. Həmin il Rişi Kapur Hindistanda ilin aktyoru seçilib.

Bundan başqa, onun çəkildiyi “Qisasçı”, “Ömər, Əkbər, Antoni”, “Məhəbbət xəstəliyi” və digər filmlər dünyada, xüsusən də keçmiş SSRİ məkanında çox sevilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR