Nazirlik: Teatrların yeni mövsümdə fəaliyyətini virtual davam etdirməsi planlaşdırılır

Nazirlik: Teatrların yeni mövsümdə fəaliyyətini virtual davam etdirməsi planlaşdırılır
# 31 avqust 2020 15:08 (UTC +04:00)

“Teatrların fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq dəyişə bilər”.

Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda deyilir ki, hazırkı vəziyyətdə teatrların yeni teatr mövsümündə öz fəaliyyətini sosial şəbəkələr üzərindən virtual olaraq davam etdirməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR