Xalq artisti Eldar Quliyev xəstəxanaya yerləşdirilib

Xalq artisti Eldar Quliyev xəstəxanaya yerləşdirilib
# 18 yanvar 2021 15:49 (UTC +04:00)

Xalq artisti, rejissor Eldar Quliyev xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, tanınmış rejissor bir neçə gün əvvəl infarkt keçirib. O, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin reanimasiyasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabildir.

ARKİ-dən Eldar Quliyevin 80 illiyi münasibəti ilə təltif edildiyi də vurğulanıb.

Qeyd edək ki, tanınmış rejissor Eldar Quliyevin bu gün 80 yaşı tamam olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR