Amerikanın Afro-Latin ”Buyeponqo” musiqi qrupu Gəncədə konsert verib

Amerikanın Afro-Latin ”Buyeponqo” musiqi qrupu Gəncədə konsert verib
# 22 noyabr 2019 19:19 (UTC +04:00)

ABŞ səfirliyinin təşkilatçılığı ilə Amerikanın Afro-Latin ” Buyeponqo” musiqi qrupu Gəncədə konsert verib.

APA-nın yerli bürosunun xəbərinə görə, konsert Gəncə Dövlət Filarmoniyasında baş tutub.

Konsertdə məktəblilər və mədəniyyət işçiləri iştirak ediblər. Əvvəlcə çıxış edən ABŞ səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Riçard Pinkham hər iki ölkənin dostluq münasibətindən danışıb. Bildirib ki, konsertin keçirilməsində məqsəd Amerika mədəniyyətini Azərbaycanda tanıtmaqdır. Müşavir Gəncədə olduqlarından məmnun olduğunu bildirib. Beş nəfərdən ibarət Afro-Latin “Buyeponqo” qrupu Latın Amerikası diasporuna xas hip-hop, pank, fank və caz sədalarının qarışığından ibarət çılğın tropik üslublu musiqilər ifa edib.

Qeyd edək ki, “Buyeponqo”nun Azərbaycandakı bütün konsertləri pulsuz və ictimaiyyət üçün açıqdır. ABŞ səfirliyi canlı hip-hop, pank, fank və caz musiqisi ilə maraqlanan hər kəsi aşağıdakı tədbirlərdə iştiraka dəvət edir. Afro-Latin ” , “Buyeponqo” musiqi qrupu Gəncədən sonra Şəki, Zaqatala və Qəbələdə də konsert verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR