Amalya Pənahovanın xatirəsi əbədiləşdiriləcək

Amalya Pənahovanın xatirəsi əbədiləşdiriləcək
  • Clock-gray 14:00
  • calendar-gray 03 İyul 2019

Baş nazir Novruz Məmmədov Xalq artisti Amalya Pənahovanın xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda qeyd edilib ki, Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması təmin edilsin.

Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date