“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılışı olub

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılışı olub
# 28 sentyabr 2019 12:27 (UTC +04:00)

Sentyabrın 28-də “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, açılış mərasimində Mədəniyyət naziri Əbülfəz Qarayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) rəisi Əsgər Ələkbərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Xalid Ərən və bir çox hökumət rəsmiləri ilə yanaşı, 30 İslam ölkəsinin nümayəndələri iştirak ediblər.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) rəisi Əsgər Ələkbərov bildirib ki, bu il İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur: "Ölkə başçısının sərəncamına əsasən, Azərbaycanda bir sıra tədbirlər həyata keçirilir. Bunlardan biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən" Nəsimi Festivalı"dır. “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı da "Nəsimi Festivalı" çərçivəsində təşkil olunub. Festivalda 30 müsəlman ölkəsindən 50-dən çox sənətkar iştirak edir".

Ə.Ələkbərov “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının “İçərişəhər” (DTMQİ) və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçığı ilə qeyd olunduğunu vurğulayıb: "Biz inanırıq ki, bu festival İslam ölkələrinin əlaqələrinin gücləndirilməsində böyük rol oynayacaq".

Şeyxülislam Hacı Allahşükür Paşazadə isə festivalların insanları birləşdirdiyini bildirib: "Mən bir şeyx kimi İçərişəhərin dünənin də görmüşəm, bu gününü də görürəm. Xüsusən mən İslamı təmsil etdiyimə görə, demək istərdim ki, müstəqillik illərində İslama çox böyük dəyər verilib. Buna görə mən ilk növbədə ölkə başçısı lham Əliyeva, sonra isə Heydər Əliyev Fondunun prezidenti, Vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. İlham Əliyev Nəsimini bütün dünyada tanıtdı".

Mədəniyyət naziri Əbülfəs Qarayev isə qeyd edib ki, 50 il öncə Heydər Əliyev Nəsiminin 600 illik yubileyinin keçirilməsi barədə sərəncam verib. 50 ildən sonra isə onun nəvəsi Leyla Əliyeva "Nəsimi Festivalı"nı keçirir: “Bu o deməkdir ki, bizim xalqımız öz ənənəsinə sadiqdir. Mən bura gələn qonaqlara da öz təşəkkürümü bildirirəm".

Çıxışlardan sonra qonaqlar sənətkarlıq nümunələri ilə tanış olublar.

Festival oktyabrın 4-dək davam edəcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR