Firəngiz Əlizadə: "Albert Aqarunovun 50 illiyinə həsr edilmiş əsər səsləndiriləcək"

Firəngiz Əlizadə: "Albert Aqarunovun 50 illiyinə həsr edilmiş əsər səsləndiriləcək"
# 25 oktyabr 2019 16:54 (UTC +04:00)

"Musiqi Festivalında yalnız 2013-2019-cu illərdə yaranan yeni əsərlər ifa olunacaq".

APA-nın məlumatına görə bunu Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 85 illiyinə həsr olunmuş Musiqi Festivalı ilə əlaqədar keçirilən mətbuat konfransında ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadə deyib.

F.Əlizadənin sözlərinə görə, festival çərçivəsində Nəsiminin 650 illiyinə və Milli Qəhrəman Albert Aqarunovun 50 illiyinə həsr edilmiş əsərlər səsləndiriləcək, o cümlədən iki irihəcmli əsərlərdən ibarət konsert olacaq: "Festivalda yerli musiqiçilərlə yanaşı İran və Türkiyə, İsrail, Özbəkistan sənətçiləri də ifa edəcəklər. Bundan başqa festivalın gedişatında iki kitab təqdim olunacaq. Bu kitabların biri məlumat, digəri isə hesabat xarakterlidir. Festival çərçivəsində "Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri" adlı elmi konfrans da təşkil olunacaq".

Qeyd edək ki, bu gün Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş Musiqi Festivalı başlayıb. Festivalın bağlanış mərasimi oktyabrın 28-də Heydər Əliyev adına Respublika Sarayında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR