Kukla Teatrında premyera olacaq

Kukla Teatrında premyera olacaq
# 28 iyun 2019 17:05 (UTC +04:00)

İyulun 3-ü, saat 12:00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasında “Dovşanın ad günü” adlı uşaq tamaşasının premyerası olacaq.

APA-nın məlumatına görə, tamaşa uşaq yazarı Xanımana Əlibəylinin 100 illiyi münasibətilə səhnələşdirilib.

Əsəri səhnələşdirən studiyanın bədii rəhbəri Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar artist Vüqar Camalzadə, xoreoqrafı Ramiz Qəmbərov, rejissor assistenti Gülər Məlikovadır.

Uşaqlara dostluq, sədaqət, dürüstlük və ən əsası sevgi, humanizm aşılayan birhissəli tamaşada rolları studiyanın yetirmələri Aysu və Uğur Cəbrayılovlar, İbrahim Laçın, İnci Mustafalı, Mələk İsabalasoy, Vüsal Davudlu, Tuncay Bəxtiyarov, Ömər Akın, Adil Əlizadə, Hüseyn Quliyev, Nəzrin Süleymanlı və İlqar İbrahimli ifa edirlər.

Xeyriyyə məqsədli tamaşada BMT-nin Azərbaycan nümayəndəliyinin xətti ilə ölkəmizdə yaşayan suriyalı qaçqın uşaqlar, UAFA təşkilatında qeydiyyatda olan daun va autizm sindromlu balacalar da iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR