Əməkdar artist Pərviz Bağırovun səhhətində müsbətə doğru irəliləyiş var

Əməkdar artist Pərviz Bağırovun səhhətində müsbətə doğru irəliləyiş var
# 01 aprel 2021 13:10 (UTC +04:00)

Əməkdar artist Pərviz Bağırovun müalicəsi “Bona Dea International Hospital” klinikasında davam etdirilir.

Bu barədə APA-ya Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.

O bildirib ki, Əməkdar artistin səhhətində əvvəlki günlərlə müqayisədə az da olsa müsbətə doğru müəyyən irəliləyiş var: “Amma ciddi problemlər hələ də qalmaqdadır. Hazırda hərəkət məhdudiyyəti var”.

Qeyd edək ki, beyin infarktı keçirən Əməkdar artist Pərviz Bağırovun müalicəsini Heydər Əliyev Fondu nəzarətə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR