Şimali Kiprdə XII TÜRKSOY opera günləri başlayır

Şimali Kiprdə XII TÜRKSOY opera günləri başlayır
# 20 sentyabr 2019 19:05 (UTC +04:00)

Sentyabrın 25-də Şimali Kiprin Girmə şəhərində Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) 22-ci Opera Günlərinin açılışı olacaq.

TÜRKSOY-un katibliyindən APA-ya verilən məlumata görə, tədbir TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Şimali Kiprin Milli Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil olunub.

Opera Günlərinə 9 ölkədən 10 solist və üç pianoçu qatılacaq.

Opera Günləri Şimali Kiprdən sonra Türkiyənin İstanbul şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR