"Ədəbi üfüqlər” müsabiqəsinin qaliblərinin sözlərinə yazılan mahnıların konserti keçirilib

"Ədəbi üfüqlər” müsabiqəsinin qaliblərinin sözlərinə yazılan mahnıların konserti keçirilib
  • Clock-gray 11:22
  • calendar-gray 19 Mart 2018

Azərbaycan Televiziyasının Mədəniyyət kanalının və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan “Ədəbi üfüqlər” adlı poeziya müsabiqəsinin qaliblərinin sözlərinə yazılmış mahnılardan ibarət konsert keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət kanalının direktoru Ramil Qasımov çıxış edərək, belə müsabiqələrin keçirilməsinin əhəmiyyətli olduğunu deyib. O, əlavə edib ki, keçirilən poeziya müsabiqəsi  yeni əsərlərin yaranmasında böyük rol oynayır.

 

Gecədə  Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qalib şairləri təbrik edib və gələcəkdə də belə layihələrin keçirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

 

Müsabiqədə qalib gələn şairlərin sözlərinə həm gənc, həm də artıq kifayət qədər tanınmış bəstəkarlar mahnı yazıb. 

 

Qeyd edək ki, "APA Holding" müsabiqənin informasiya dəstəkçisidir. 

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date