Elxan Əhədzadənin 70 illiyi qeyd olunacaq

Elxan Əhədzadənin 70 illiyi qeyd olunacaq
# 25 yanvar 2018 09:24 (UTC +04:00)

Yanvarın 29-u saat 19:00-da Azərbaycan Televiziyasının «Mədəniyyət» kanalının, Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə xalq artisi, vokal sənətinin görkəmli nümayəndələrindən olan Elxan Əhədzadənin 70 illik yubileyinə həsr edilmiş bədii gecə keçiriləcək.

APA-nın xəbərinə görə, gecədə Elxan Əhədzadənin həyat və yaradıcılığından,maraqlı ömür yolundan bəhs edən videomateriallar nümayiş olunacaq. Həmçinin Azərbaycanın tanınmış vokal ifaçılarının, mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları yer alacaq.

Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. 2010-cu ildə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR