Görmə və eşitmə məhdudiyyətli insanlar üçün tiflo tərcümə edilmiş “Dolu” filmini təqdim edilib

Görmə və eşitmə məhdudiyyətli insanlar üçün tiflo tərcümə edilmiş “Dolu” filmini təqdim edilib
  • Clock-gray 14:57
  • calendar-gray 08 May 2018

Nizami Kino Mərkəzi “Kino hər kəs üçün” layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Əlil Ziyalılar İctimai Birliyi və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə görmə və eşitmə məhdudiyyətli olan insanlar üçün tiflo tərcümə edilmiş milli “Dolu” filmini təqdim edib.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, “Dolu” bədii filminin tiflo və surdotərcüməsi Azərbaycan Əlil Ziyalılar İctimai Birliyi tərəfindən hazırlanıb.

 

Tədbirdə Milli Məclisin deputatı, filmin ssenari müəllifi Aqil Abbas, Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, Azərbaycan Əlil Ziyalılar İctimai Birliyinin sədri Reyhan Əliyeva filmin tiflotərcümə olunması ilə bağlı fikirlərini söyləyiblər. Filmdən sonra ictimai birliyin görmə qüsuru olan nümayəndələri çıxış edərək, filmin nümayişinin mədəni hadisə olduğunu vurğulayıblar və belə bir tədbirlərin sıx keçirilməsini arzu ediblər.

 

Xatırladaq ki, Azərbaycanda ilk dəfə Nizami Kino Mərkəzində “Kino hər kəs üçün” layihəsi çərçivəsində danışma, görmə və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün xüsusi tiflo və surdotərcümə olunmuş filmlərin təşkili və nümayişi təmənnasız keçirilir .

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date