"Avroviziya"nın Azərbaycan nümayəndə heyətinin rəhbəri dəyişib

"Avroviziya"nın Azərbaycan nümayəndə heyətinin rəhbəri dəyişib
# 07 dekabr 2022 13:34 (UTC +04:00)

“Avroviziya” müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bu vəzifədən getdiyini bildirib.

APA xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəssüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracağam”, – paylaşımda qeyd olunub.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatından APA-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın “Avroviziya” Beynəlxalq Mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri vəzifəsinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Baş direktorunun müavini Vasif Məmmədov təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR