Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert olacaq

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniya

© APA | Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniya

# 14 yanvar 2022 15:38 (UTC +04:00)

Yanvarın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, professor, “Humay” milli mükafatı laureatı, bəstəkar Azər Dadaşovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil ediləcək.

Filormoniyadan APA-ya verilən məlumata görə, Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında bəstəkarın əsərləri səslənəcək.

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR